SIĞORTA

03 Noyabr

Azərbaycanda hava nəqliyyatı vasitələrinin sığortası üzrə yığımlar azalıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda hava nəqliyyatı vasitələrinin sığortası üzrə 19,3 milyon manat sığorta haqqı toplanılıb. 

Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,4% azdır.

Son 1 ildə bu sığorta növü üzrə sığorta ödənişi isə 58,3% azalaraq 17 min manat olub.

Fuad Mədətov
Fins.az