SIĞORTA

03 Noyabr

Azərbaycanda fərdi qəza və xəstəlik sığortası bazarı böyüyüb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda fərdi qəza və xəstəlik sığortası üzrə 3,1 milyon manat sığorta haqqı toplanılıb. 

Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 33,7% çoxdur. 

Son 1 ildə bu sığorta növü üzrə sığorta ödənişi isə 28% azalaraq 0,1 milyon manat olub.

Fuad Mədətov
Fins.az