SIĞORTA

30 Oktyabr

Azərbaycanda tibbi sığorta üzrə yığımlar artıb, ödənişlər azalıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda tibbi sığorta üzrə 99,8 milyon manat sığorta haqqı toplanılıb. 

Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,2% çoxdur.

Son 1 ildə bu sığorta növü üzrə sığorta ödənişi isə 0,6% azalaraq 55,5 milyon manat olub.

Fuad Mədətov
Fins.az