SIĞORTA

20 Oktyabr

Mərkəzi Bank bəzi sığorta agentlərinin lisenziyalarını bərpa edib

Azərbaycan Mərkəzi Bankı 1 hüquqi və 8 fiziki şəxsə sığorta agenti fəaliyyətinə verdiyi lisenziyaların qüvvəsini bərpa edib.

Bu barədə Fins.az-a AMB-dən məlumat verilib.

Məlumata görə, bununla bağlı qərar oktyabrın 18-də "Sığorta fəaliyyəti haqqında” qanuna əsasən qəbul olunub. Səbəb sığorta vasitəçilərinin lisenziyanın qüvvəsinin dayandırılmasına əsas verən halları aradan qaldırmasıdır.

Fuad Mədətov
Fins.az