SIĞORTA

18 Oktyabr

Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə yığımlar artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 0,9 milyon manat sığorta haqqı toplanılıb. 

Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21,5% çoxdur.   

Son 1 ildə bu sığorta növü üzrə sığorta ödənişi isə 63,9% azalaraq 10 min manat olub.

Fuad Mədətov
Fins.az