Bu ilin yanvar-avqust aylarında Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə 63,4 milyon manat sığorta haqqı toplanılıb.
Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 54,3% çoxdur.
Son 1 ildə bu sığorta növü üzrə sığorta ödənişi isə 6,3 dəfə artaraq 4,7 milyon manat olub.
Fuad Mədətov
Fins.az