Bu ilin yanvar-avqust aylarında Azərbaycanda istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə 56 milyon manat sığorta haqqı toplanılıb.
Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,2% çoxdur.
Son 1 ildə bu sığorta növü üzrə sığorta ödənişi isə 23,4% azalaraq 1,9 milyon manat olub.
Fuad Mədətov
Fins.az