SIĞORTA

17 Oktyabr

Azərbaycanda işin dayanması ilə bağlı risklərdən sığorta üzrə yığım 7%-ə yaxın artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda işin dayanması ilə bağlı risklərdən sığorta üzrə 0,5 milyon manat sığorta haqqı toplanılıb. 

Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,7% çoxdur.

Məlumata görə, son 1 ildə bu sığorta növü üzrə sığorta ödənişi də olmayıb.

Fuad Mədətov
Fins.az