SIĞORTA

16 Oktyabr

Azərbaycanda su nəqliyyatı vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası üzrə yığımlar azalıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda su nəqliyyatı vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası üzrə 87 min manat sığorta toplanılıb.

Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 27,7% azdır.  

Son 1 ildə bu sığorta növü üzrə sığorta ödənişi də olmayıb.

Fuad Mədətov
Fins.az