SIĞORTA

12 Oktyabr

Azərbaycanda peşə məsuliyyətinin sığortası üzrə yığımlar 64%-dən çox artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda peşə məsuliyyətinin sığortası üzrə 1,1 milyon manat sığorta haqqı toplanılıb. 

Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 64,3% çoxdur.

Son 1 ildə bu sığorta növü üzrə sığorta ödənişi olmayıb.

Fuad Mədətov
Fins.az