SIĞORTA

10 Oktyabr

Azərbaycanda 4 sığorta agentinin lisenziyası ləğv edilib

Azərbaycan Mərkəzi Bankı 4 fiziki şəxsə verdiyi sığorta agenti lisenziyalarını ləğv edib.

Fins.az xəbər verir ki, bu barədə “Report"a tənzimləyici qurumdan bildirilib.

Məlumata görə, bu qərar oktyabrın 4-də “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq qəbul edilib. Lisenziyalar könüllü müraciət əsasında ləğv olunub.