SIĞORTA

04 Oktyabr

Azərbaycanda əmlakın yanğından sığortası üzrə yığımlar 23,8% artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda əmlakın yanğından sığortası üzrə 46,9 milyon manat sığorta haqqı toplanılıb. 

Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,8% çoxdur. 

Son 1 ildə bu sığorta növü üzrə sığorta ödənişi isə 15,1 dəfə artaraq 16,8 milyon manat olub.

Fuad Mədətov
Fins.az