Bu ilin yanvar-avqust aylarında Azərbaycanda fərdi qəza və xəstəlik sığortası üzrə 2,6 milyon manat sığorta haqqı toplanılıb.
Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 40,3% çoxdur.
Son 1 ildə bu sığorta növü üzrə sığorta ödənişi isə 32,2% azalaraq 0,1 milyon manat olub.
Fuad Mədətov
Fins.az