Bu ilin yanvar-avqust aylarında Azərbaycanda səfər sığortası üzrə 4,5 milyon manat sığorta haqqı toplanılıb.
Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 32,2% çoxdur.
Son 1 ildə bu sığorta növü üzrə sığorta ödənişi isə 24,1% azalaraq 0,2 milyon manat olub.
Fuad Mədətov
Fins.az