Bu ilin yanvar-avqust aylarında Azərbaycanda tibbi sığorta üzrə 91,2 milyon manat sığorta haqqı toplanılıb.
Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,6% çoxdur.
Son 1 ildə bu sığorta növü üzrə sığorta ödənişi isə 2,8% azalaraq 48,6 milyon manat olub.
Fuad Mədətov
Fins.az