SIĞORTA

25 Sentyabr

Azərbaycanda könüllü və icbari sığorta bazarı böyüyüb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 618,921 milyon manat sığorta haqqı toplanılıb.

Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 25,4% çoxdur.

Ötən 8 ayda icbari sığorta növləri hesabına daxilolmaların məbləği isə illik müqayisədə 41,4% artaraq 227,934 milyon manata çatıb.

Hesabat dövründə könüllü sığorta növləri isə ödənişlərin məbləği 274,139 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 24,4% çoxdur. İl ərzində icbari sığorta növləri üzrə ödənişlərin məbləği 13,1% artaraq 71,658 milyon manata çatıb.

Beləliklə, bu ilin yanvar-avqust aylarında könüllü sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 44,3 manatı qədər ödəniş edilib. Bu rəqəm ötən ilin eyni dövründə 44,6 manat olub. İl ərzində icbari sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 39,3 manatdan 31,4 manata düşüb.

Fuad Mədətov
Fins.az