SIĞORTA

14 Sentyabr

“PAŞA Həyat Sığorta”nın yığımları artıb

Bu ilin yanvar-iyul aylarında “PAŞA Həyat Sığorta” ASC 327 milyon manat sığorta haqqı toplayıb.

Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 32% çoxdur.

Son 1 ildə şirkətin sığorta ödənişi isə 26,5% artaraq 150,9 milyon manat olub.

Fuad Mədətov
Fins.az