SIĞORTA

06 Sentyabr

Azərbaycanda kreditlərin sığortası bazarı 3 dəfə böyüyüb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda kreditlərin sığortası üzrə 1,25 milyon manat sığorta haqqı toplanılıb. 

Azərbaycan Mərkəzi Bankından Fins.az-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 dəfə çoxdur.

Ötən 7 ayda bu sığorta növü üzrə sığorta ödənişi isə cəmi 500 manat təşkil edib (1 il bundan əvvəl sığorta ödənişi olmayıb).