Bu ilin yanvar-iyul aylarında Azərbaycanda kənd təsərrüfatı bitkilərinin sığortası üzrə 11,1 milyon manat sığorta haqqı toplanılıb.
Azərbaycan Mərkəzi Bankından Fins.az-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə çoxdur.
Ötən 7 ayda bu sığorta növü üzrə sığorta ödənişi isə 0,8 milyon manat təşkil edib (1 il bundan əvvəl sığorta ödənişi olmayıb).