Bu ilin yanvar-iyul aylarında Azərbaycanda avtonəqliyyat vasitələrinin (KASKO) sığortası üzrə 27,2 milyon manat sığorta haqqı toplanılıb.
Azərbaycan Mərkəzi Bankından Fins.az-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21,6% çoxdur.
Son 1 ildə bu sığorta növü üzrə sığorta ödənişi isə 6,8% artaraq 10,2 milyon manat olub.