SIĞORTA

30 Avqust

Azərbaycanda yük sığortası bazarı böyüyüb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda yük sığortası üzrə 3,6 milyon manat sığorta haqqı toplanılıb. 

Azərbaycan Mərkəzi Bankından Fins.az-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18,8% çoxdur. 

Son 1 ildə bu sığorta növü üzrə sığorta ödənişi isə 13,5 dəfə artaraq 67 min manat olub.