Bu ilin yanvar-iyul aylarında Azərbaycanda fərdi qəza və xəstəlik sığortası üzrə 2,3 milyon manat sığorta haqqı toplanılıb.
Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 45,9% çoxdur.
Son 1 ildə bu sığorta növü üzrə sığorta ödənişi isə 47,9% azalaraq 91 min manat olub.