Bu ilin yanvar-iyul aylarında Azərbaycanda səfər sığortası üzrə 3,7 milyon manat sığorta haqqı toplanılıb.
Azərbaycan Mərkəzi Bankından Fins.az-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 42,6% çoxdur.
Son 1 ildə bu sığorta növü üzrə sığorta ödənişi isə 32,8% azalaraq 0,15 milyon manat olub.