SIĞORTA

24 Avqust

Bu ilin sonuna Azərbaycanda sığorta yığımları 1 mlrd. manatı ötəcək

Bu ilin sonuna Azərbaycanda sığorta yığımları 1 mlrd. manatı ötəcək.

Fins.az xəbər verir ki, bunu Azərbaycan Sığortaçılar Assosiasiyasının icraçı direktoru Elmar Mirsalayev Azərbaycanda ilk dəfə təşkil olunacaq “Sığorta Festivalı” ilə bağlı keçirilən mətbuat konfransında deyib.

"2021-ci ildən Azərbaycan Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosunun birgə əməkdaşlığı çərçivəsində 3 mərhələli layihəyə start verilib. Sonuncu, 3-cü mərhələdə “Sığorta Festivalı” keçiriləcək. Bu ilin I yarısında sığorta bazarındakı artıma nəzər salsaq, 2023-cü ili yüksək artımla başa vuracağımızı ümid edirik", - deyə o qeyd edib.