2023 ilin yanvar-iyul aylarında Azərbaycanda sığorta yığımları 31.2% artaraq 761 milyon 801 min manata çatıb.
Bu barədə Fins.az Azərbaycan Mərkəzi Banka istinadən xəbər verir.
Qeyd edək ki, bu dövrdə ümumi sığorta ödənişlərinin həcmi isə illik müqayisədə 17.4% artaraq 282 milyon 977 min manat təşkil edib.
7 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 37,1 manatı ödənişə yönəldilib. Ötən ilin eyni dövründə bu göstərici 41,5 manat olub.