Bu ilin yanvar-iyun aylarında Azərbaycanda avtonəqliyyat vasitələrinin (KASKO) sığortası üzrə 22,4 milyon manat sığorta haqqı toplanılıb.
Azərbaycan Mərkəzi Bankından Fins.az-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18,7% çoxdur.
Son 1 ildə bu sığorta növü üzrə sığorta ödənişi isə 6,6% artaraq 8,9 milyon manat olub.