SIĞORTA

27 Fevral

Azərbaycanda 4 sığorta şirkətinin ödənişləri 2 mln. manatdan çox olub

Azərbaycanda fəaliyyət sığorta şirkətlərindən 4-də ötən ay ödənilən sığorta ödənişlərinin məbləği 2 milyon manatdan çox olub. 

"Fins.az" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bunlar "Atəşgah Həyat", "Paşa Həyat Sığorta", "Paşa Sığorta" və "Xalq Sığorta"dır. 

Əlavə edək ki, bu 4 şirkətin ödədiyi ümumi sığorta ödənişinin məbləği isə 28 milyon manat olub.