SIĞORTA

01 Fevral

Taleh Kazımov: İcbari avtosığorta lisenziyasının ləğvi ilə bağlı əlavə müraciət daxil olmayıb

Avtomobillərin icbari sığortası üzrə lisenziyanın könüllü şəkildə ləğv edilməsilə bağlı Azərbaycan Mərkəzi Bankına əlavə heç bir müraciət daxil olmayıb.

Fins.az xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib.

O bildirib ki, Mərkəzi Bank istehlakçıların hüquqlarının qorunması üçün öz tənzimləmə mexanizmlərini gücləndirəcək.

"Sözsüz ki, sığorta şirkətlərinin maliyyə dayanıqlığı da bizim diqqət mərkəzimizdədir" - deyə AMB sədri əlavə edib.