SIĞORTA

30 Yanvar

Uçota alınmış sığortaolunanların sayı 26 min nəfər artıb

Fərdi uçot sistemində qeydə alınmış sığortaolunanların sayı  2022-ci ilin dekabr ayında 26,1 min nəfər və ya 0,54% artıb.

Fins.Az bu barədə Dövlət Sosial Müdafiə Fonduna istinadən xəbər verir.

Məlumata görə, bununla da 2023-cü ilin 1 yanvar tarixinə uçota alınmış sığortaolunanların sayı 4,88 mln. nəfər təşkil edib.