SIĞORTA

25 Yanvar

2022-ci ildə sığorta bazarının ən çox yığım edən 5 şirkəti

Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 2022-ci ildə 970,8 milyon manat məbləğində sığorta haqqı toplanılıb.

Fins.Az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu dövrdə sektorun ən çox yığım edən şirkəti "PAŞA Həyat Sığorta" ASC olub.

Belə ki, şirkətin hesabına 413,2 milyon manat sığorta haqqı toplanılıb. Sektorun ən az yığım edən şirkəti isə "Meqa Həyat Sığorta" ASC (2,4 milyon manat) olub.

Bu dövrdə ən çox sığorta yığımı edən 5 şirkətin siyahısı belədir:

"PAŞA Həyat Sığorta" – 413,2 milyon manat

"PAŞA Sığorta" – 215,1 milyon dollar

"Atəşgah Həyat Sığorta" – 53,4 milyon manat

"Xalq Sığorta" – 42,2 milyon manat

"Qala Sığorta" – 40,3 milyon manat