SIĞORTA

19 Yanvar

İSB-nin İcraçı direktoru: İcbari avtosığortanın onlayn satışı xaos yaratmayacaq

Avtomobillərin icbari sığortasının ənənəvi qaydadan elektron formaya keçidinin sürətləndirilməsi sığorta bazarında xaos yaratmayacaq.

Fins.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İcbari Sığorta Bürosunun (İSB) İcraçı direktoru Rəşad Əhmədov deyib.

O bildirib ki, hazırda bütün dünyada xidmətlər elektron formaya keçirilir. Azərbaycanda da Mərkəzi Bankın tələbi əsasında sığorta şirkətləri yanvar ayının 21-dən etibarən avtomobillərin icbari sığortasının onlayn şəkildə həyata keçirilməsini təmin etməlidir. Avtomobillərin icbari sığortasının elektron satışının həyata keçirilməsi əlçatanlığı daha da artıracaq.

Rəşad Əhmədov həmçinin əlavə edib ki, icbari avtosığortanın elektron qaydada həyata keçirilməsi prosesi, sığorta şirkətlərinin davranışları izləniləcək. Hazırda Azərbaycan Mərkəzi Bankı monitorinqlər vasitəsilə prosesi izləyir.