Yanvarın 17-də sığorta sahəsində attestasiya keçiriləcək.
Fins.Az xəbər veri ki, Azərbaycan Respublikası Mərkəzi Bankından bildirilib ki, “Sığorta sahəsində attestasiyanın təşkili və keçirilməsi” Qaydasının 2.4-cü bəndinə əsasən, 6 sığorta vasitəçisi Mərkəzi Bankda (Bakı şəhəri, Bülbül prospekti 27) keçiriləcək attestasiyaya dəvət olunur.
Attestasiyaya buraxılmaq üçün şəxsiyyət vəsiqəsi təqdim edilməlidir.
©AZƏRTAC