Hikmət Salmanov “Günay Sığorta” ASC-nin İdarə Heyətinə yeni sədr təyin edilib.
O, bundan əvvəl “Günay Bank” ASC-nin icraçı direktoru olub.
"Günay Sığorta"nın sədri Mahir Niftiyev bu ilin avqust ayında işdən çıxıb. Onun səlahiyyətlərini müvəqqəti şirkətin Nümayəndəlik və filiallarla iş departamentinin direktoru Pərviz Rzayev icra edib.
Xatırladaq ki, "Günay Sığorta" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 10,1 milyon manatdır. Şirkətin səhmdarları Yeganə Şirinova ("Günay Bank"ın 41,15 %-lik səhmdarı), Mahmud Məmmədov ("Günay Bank"ın 58,22 %-lik səhmdarı və Müşahidə Şurasının sədri) və "Günay Bank"dır.
© Report