SIĞORTA

05 Avqust

\"Günay Sığorta\"-nın idarə heyətinin sədri  işdən çıxıb

"Günay Sığorta" şirkətinin idarə heyətinin sədri Mahir Niftiyev işdən  ayrılıb.

Bu barədə "Fins.az" a "Günay Sığorta" şirkətinin idarə heyətinin sədrinin müşaviri Kamran Babayev məlumat verib. 

O bildirib ki, Mahir Niftiyev avqustun 1-dən etibarən öz ərizəsi ilə "Günay Sığorta"dan ayrılıb. Sədrin yerinə hələ heç bir təyinat həyata keçirilməyib.