SIĞORTA

27 Avqust

“AtaSığorta” ASC-dən doğum günü üçün sığorta məhsulu - KAMPANİYA

Azərbaycan sığorta bazarına yeni məhsullar təqdim etməklə fərqlilik yaradan “AtaSığorta” şirkətin 17 illiyi münasibətilə “Səmərəli” adlı yeni məhsulunu təqdim edib.

“AtaSığortaya etibar edin, evdən çıxarkən gözünüz arxada qalmasın!” şüarı ilə təqdim edilən məhsul daşınmaz və daşınar əmlakın baş verə biləcək risklərdən qorunmasını nəzərdə tutur.

 “AtaSığorta” ASC 2004-cü il iyul ayının 21-də rəsmi dövlət qeydiyyatından keçib və həmin ilin sentyabr ayının 3-dən etibarən tam lisenziyalı sığorta fəaliyyətini həyata keçirir. Şirkət fəaliyyətinin əsas prinsipi kimi fiziki və hüquqi şəxslər üçün effektiv sığorta layihələri hazırlayır və inkişaf etdirir. “AtaSığorta” ASC müştərilərinin bütün mümkün və sığortalana biləcək risklərinə maksimum təminat verir. AtaSığorta şirkəti 26 könüllü və 4 icbari növlər üzrə sığorta xidmətləri təqdim edir.

Müştəri məmnuniyyətinin artırılması və xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə Şirkətin 936 Çağrı Mərkəzi 24/7 rejimdə fəaliyyət göstərir.