Sığorta sahəsinin peşəkar kadrlarından olan Dövlət Səlimov ”Günay Sığorta” ASC-nin Təftiş komissiyasının üzvü vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Dövlət Səlimov “Rəvan Sığorta” şirkətində 2010-2013-cü illərdə Təftiş komissiyasının üzvü, 2019-2020-ci illərdə “Rəvan Sığorta” şirkətində Satış Departamentinin müdiri vəzifələrini icra edib. 2020-ci ildən etibarən “Günay Sığorta” şirkətində çalışmağa başlayıb.
Xatırladaq ki, Azərbaycanın ilk özəl sığorta şirkəti olan “Günay Sığorta” şirkəti fəaliyyətini uğurla davam etdirir. Şirkətin inkişaf tarixi 28 ili əhatə edir. "Günay Sığorta" ASC 19 könüllü və 4 icbari sığorta növü üzrə 10 nümayəndəlik və 100-dən çox satış nöqtəsi ilə müştərilərinə xidmət göstərir.