2021-ci ilin yanvar-iyun ayları ərzində Yaşıl Kart Sistemi çərçivəsində 100 yol nəqliyyat hadisəsinə görə 258 696,47 manat sığorta ödənişi həyata keçirilib.
İcbari Sığorta Bürosundan verilən məlumata görə, ödənişlərin həcmi illik müqayisədə 48,1%, hadisələrin sayı isə 48,2% azalıb.
Qeyd edək ki, hadisələrin önəmli hissəsi 2020 və 2021-ci ilin ilk 6 ayında Rusiya və Türkiyə Respublikasında baş verib.
Ölkələr üzrə hadisələrin sayı və sığorta ödənişləri (manatla):
Ölkələr |
Yanvar-iyun, 2021 |
Yanvar-iyun, 2020 |
||
Hadisə sayı |
Sığorta ödənişi |
Hadisə sayı |
Sığorta ödənişi |
|
Rusiya |
49 |
123 118,22 |
141 |
325 628,17 |
Türkiyə |
44 |
112 213,09 |
47 |
157 813,92 |
Digər |
7 |
23 365,16 |
5 |
14 910,92 |
Cəmi |
100 |
258 696,47 |
193 |
498 353,01 |
Ölkələr və nəqliyyat vasitəsi növləri üzrə hadisələrin sayı:
Ölkələr NV növü |
Yanvar-İyun, 2021 |
Yanvar-İyun, 2020 |
||||||
Yük |
Minik |
Avtobus |
Cəmi |
Yük |
Minik |
Avtobus |
Cəmi |
|
Rusiya |
38 |
11 |
- |
49 |
78 |
61 |
2 |
141 |
Türkiyə |
32 |
12 |
- |
44 |
32 |
15 |
- |
47 |
Digər |
6 |
1 |
- |
7 |
5 |
- |
- |
5 |
Qeyd edək ki, 2020-2021-ci illərin ilk 6 aylıq dövrünə əsasən xarici ölkələrdə baş vermiş hadisələr üzrə zərərlilik nisbətləri ciddi fərqlilik göstərir. İSB-nin məlumatına görə, 2020-ci ilin ilk yarısında toplanan sığorta haqlarının 47%-i həcmində sığorta ödənişi verilib, 2021-ci ilin müvafiq dövründə isə bu nisbət 21% olaraq ortaya çıxıb. Zərərlilik nisbətinin azalmasının əsas səbəbi Yaşıl Kart müqaviləsi əldə edən yük avtomobillərinin sayının artması və minik avtomobillərinin sayının azalması ilə bağlıdır.