“Atəşgah Sığorta” ASC-nin İdarə Heyətinə yeni üzv seçilib.
“Atəşgah Sığorta” şirkətindən Fins.az-a verilən məlumata görə, bu, Yusif İmamverdiyev Rafiq oğludur.
İmamverdiyev Yusif Rafiq oğlu 1995-ci ildə Azərbaycan İnşaat Mühəndisləri Universitetinin “İnşaat mühəndisi” fakültəsini bitirib.
2002 ci ildə “Atəşgah” SŞ-nə işə qəbul olaraq müxtəlif dövrlərdə bir sıra vəzifələr tutmuşdur. 2018-ci ilin oktyabrından isə “Atəşgah Həyat” SŞ-də İdarə Heyətinin üzvü seçilib.