SIĞORTA

23 İyul

PAŞA Sığorta Milli Mətbuat Və Jurnalistika Günü münasibətilə tədbir keçirib - FOTO

PAŞA Sığorta şirkəti mətbuatımızın yaranmasının 146-cı ili münasibətilə 23 iyul tarixində jurnalist və mətbuat işçiləri üçün tədbir həyata keçirmişdir. Şirkətin əsas ofisində baş tutan tədbirdə müxtəlif xəbər portalları və media qurumlarının nümayəndələri iştirak etmişdir.

Tədbirin əsas məqsədi mətbuat işçilərimizi təbrik etməklə yanaşı, Agile Transformasiyasına keçid edən şirkət haqqında məlumat vermək olmuşdur.Tədbir boyunca mətbuat əməkdaşlarına Agile Transformasiyasına keçid prosesi, müştəriyə qatdığı dəyər haqqında məlumat verilmişdir.

Tədbirdə Marketinq və İƏ departamentinin rəhbəri Məruz Azməmmədova, Agile Transformasiyasının rəhbəri Nuranə Teymurova və Tibbi Sığorta blokunun rəhbəri Rəna Məmmədova çıxış etmişdir. Tədbirin sonunda jurnalistlərin sualları cavablandırılmışdır.

Tədbirdə azad olunan torpaqlarımızda  peşəsi uğrunda fədakarcasına şəhid olan mətbuat əməkdaşlarımız AzTV-nin operatoru Sirac Abışov və AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimovun xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.