SIĞORTA

22 İyul

Builki təbii fəlakətlər sığortaçılara rekord məbləğə başa gələcək

Genişmiqyaslı təbii fəlakətlər səbəbindən dünyanın sığorta şirkətləri ilin birinci yarısında dəymiş ziyanı ödəmək üçün təxminən 42 mlrd. ABŞ dolları ayırmaq məcburiyyətində qalacaqlar ki, bu da son 10 il ərzində rekord məbləğdir.

Bu barədə dünyanın ən böyük sığorta şirkətlərindən biri olan Böyük Britaniyanın "Aon" şirkətinin ilkin qiymətləndirmələrində deyilir.

Sığorta şirkətlərinin ən əhəmiyyətli xərcləri bu qış ABŞ-ı bürümüş anormal şaxtalardan gələn zərərin qarşılanması ilə əlaqədardır – təxminən 15 mlrd. dollar. Bundan başqa, Qərbi və Mərkəzi Avropada iyun ayında müşahidə olunan yağış və qasırğanın törətdiyi zərərin kompensasiyasına sığorta şirkətləri tərəfindən 2-3 mlrd. dollar ödənilməlidir. Apa