SIĞORTA

01 İyul

Azərbaycanda ən çox sığorta ödənişi edən şirkətlər - SİYAHI

Bu ilin yanvar-may aylarında Azərbaycanda həyata keçirilmiş 208,233 milyon manat sığorta ödənişinin 183,837 milyon manatı (88,3%) 5 sığorta şirkətinin payına düşüb.

Fins.az xəbər verir ki, həmin şirkətlər "PAŞA Həyat Sığorta" ASC (101,253 milyon manat), Dövlət Sığorta Kommersiya Şirkəti (“Azərsığorta”, 34,52 milyon manat), eləcə də "PAŞA Sığorta" (23,134 milyon manat), "Atəşgah Həyat Sığorta" (16,408 milyon manat) və “Xalq Sığorta” (8,522 milyon manat)  ASC-lərdir.