Sığorta ilə bağlı yaranmış suallardan biri də daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası mövzusundadır:
Bu şəxslər mülki məsuliyyətlərini icbari qaydada sığortalamalıdırlar?
Fins.az sığorta eksperti Şükür Hüseynovun cavabını təqdim edir:
Xeyr. Bu sığorta yaşayış evlərinin və ya mənzillərin mülkiyyətçisi olan fiziki şəxslərə şamil edilmir. Belə ki, müvafiq Qanunun 43-cü maddəsində göstərildiyi kimi, yalnız hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər sığortaçı ilə daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığorta müqaviləsini bağlamalıdırlar. Eyni zamanda, bu növ icbari sığorta müqaviləsinin bağlanmamasına görə onlar barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində göstərilən qaydada cərimə tətbiq olunur.