SIĞORTA

10 İyun

Təsərrüfat sahiblərinin diqqətinə: SIĞORTALANIN!

Ötən günlər ərzində Azərbaycanın bəzi rayonlarına, xüsusilə də Şəki-Zaqatala zonasına yağan dolu kənd təsərrüfatına böyük ziyan vurub. Fermerlər onlara dəymiş bu ziyanın aradan qaldırılması üçün hər hansı işlərin görülməsini istəyirlər. Baxmayaraq ki, sığorta olmadan bu, mümkün görünmür. 

Fins. Az məsələni sığorta üzrə ekspert İlkin İbrahimovla təhlil edib. 

İlkin İbrahimov fermerlərə Aqrar Sığorta Fondunun təkliflərindən yararlanmağı məsləhət görür: 

“Belə məsələlərə görə dövlət tərəfindən vətəndaşa hər hansı təzminatın verilməsi qanunvericilikdə göstərilməyib. Lakin bununla bağlı alternativlər var. Vətəndaş hadisədən öncə Aqrar Sığorta Fondunun təklif etdiyi sığorta şəhadətnamələrindən birini almalı idi. Sığorta haqqı hesablanarkən 50 faizi vətəndaş, 50 faizi isə dövlət tərəfindən ödənilir. Bu olduqca sərfəli bir şərtdir. Bununla gələcəkdə baş verəcək hadisələrdən sığortalanmaq mümkündür”.

Tuncay Türbəndəzadə