SIĞORTA

07 İyun

ASA maarifləndirmə layihəsini davam etdirir

Azərbaycan Sığortaçılar Assosiasiyası əhalidə və biznes subyektlərində sığorta savadlılığının artırılması məqsədi ilə həyata keçirdiyi maarifləndirmə layihəsini davam etdirir.

ASA-dan verilən məlumata görə, bir müddətdir ki, start verilən və real sığorta hadisələri əsasında video çarxlarla hazırlanıb izləyicilərə təqdim edilən maarifləndirmə layihəsi davam etməkdədir. Bu günə qədər 3 sığorta şirkəti ilə (“PAŞA Sığorta”, “Atəşgah Sığorta”, “A-Group Sığorta”) 3 fərqli sığorta hadisəsi əsasında (“İcbari avtomobil sığortası hadisəsi”, “Daşınmaz əmlakın icbari sığortası hadisəsi”, “Könüllü tibbi sığorta hadisəsi”) hazırlanıb sosial şəbəkələrdə paylaşılan maarifləndirici video-çarxlar ümumilikdə 60 min dəfəyə yaxın izlənilib.

ASA-dan bildirilir ki, bu video-layihə mövcud və potensial sığortaolunan kontingentində sığorta məlumatlılığının formalaşdırılması baxımından yüksək əhəmiyyət kəsb etdiyi üçün növbəti mərhələdə də digər sığorta şirkətlərinin iştirakı ilə və fərqli sığorta hadisələri əsasında davam etdiriləcəkdir.