SIĞORTA

26 Aprel

“İpək Yolu Sığorta”nın xalis mənfəəti kəskin AZALIB

“İpək Yolu Sığorta” bu ilin I rübünü 251 min manat xalis mənfəətlə başa vurub.

Bu, ötən ilin eyni dövrünə nisbətən 63,6% azdır.

Yanvar-mart aylarında “İpək Yolu Sığorta”nın gəlirləri 6,551 milyon manat (illik müqayisədə 29,9% az), xərcləri 6,236 milyon manat (26,5% az), mənfəət vergisi ödəmələri isə 63 min manat (63,4% az) təşkil edib.

Bu il aprelin 1-nə “İpək Yolu Sığorta”nın aktivləri 34,342 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 7% azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 15,95% azalaraq 17,237 milyon manata düşüb, balans kapitalı isə 4,1% artaraq 17,105 milyon manata çatıb.