İcbari Tibbi Sığorta Sistemində ixtisas dərəcələrinə görə əlavə ödənişlər edilir.
Bu sözləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İnvestisiya şöbəsinin müdiri Yadigar Mahmudzadə ixtisas dərəcələrinə görə əlavələrin nəzərdə tutulub-tutulmamasına dair sualı cavablandırıb.
O bildirib ki, ali ixtisas dərəcəsinə görə vəzifə maaşından əlavə olaraq, 25 faiz məbləğində əlavə ödənişlər alır:
“Birinci ixtisas dərəcəsi 15, ikinci ixtisas dərəcəsi isə vəzifə maaşından əlavə olaraq 10 faiz məbləğində əlavə ödənişlər alırlar”.