SIĞORTA

23 Aprel

Tibb müəssisələrində çalışan qeyri-tibb işçilərinin əməkhaqlarına əlavələr nəzərdə tutulub

“Tibb müəssisələrində çalışan qeyri-tibb işçilərinin əməkhaqlarına əlavələr nəzərdə tutulub”.

APA-nın məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Maliyyə departamentinin məsul əməkdaşı Yadigar Mahmudzadə deyib.

O bildirib ki, vəzifə maaşlarından başqa həmin şəxslərə sabit əlavələr nəzərdə tutulub: “Həmin şəxslərin sabit əlavələri vəzifələrindən asılı olaraq dəyişir. İşçilərin əlavəsi direktorun sabit əlavəsinə nisbətdə hesablanır”.