SIĞORTA

23 Aprel

Bu sığorta şirkətlərinin xalis mənfəəti 5 milyon manatdan çoxdur

Azərbaycan Mərkəzi Bankından bu il lisenziya almış “Meqa Həyat Sığorta” ASC istisna olmaqla, ölkədə fəaliyyət göstərən 19 sığorta şirkətindən 1-i ötən ili zərərlə başa vurub.

Fins.az xəbər verir ki, Renkinqə görə bu, bazara ötən il daxil olmuş "Aqrar Sığorta Müştərək Sığorta Şirkəti" ASC-dir.

Bu şirkət 221 min manatlıq zərərə uğrayıb.

Qalan 18 sığortaçı müxtəlif məbləğlərdə (xalis) mənfəət əldə edib. Onlardan 4-də sözügedən göstərici 5 milyon manatdan çoxdur. Həmin sığorta şirkətləri “PAŞA Həyat Sığorta” (21,774 milyon manat), “PAŞA Sığorta” (20,635 milyon manat), “Xalq Sığorta” (8,061 milyon manat) və “Meqa Sığorta” (5,727 milyon manat) ASC-lərdir.

Qalan 14 sığorta şirkətindən 9-nun (xalis) mənfəəti 1-5 milyon manat arasında, 5 şirkətin maliyyə mənfəəti isə 1 milyon manatdan azdır.