Azərbaycan Mərkəzi Bankından bu il lisenziya almış “Meqa Həyat Sığorta” və bazara ötən il daxil olmuş "Aqrar Sığorta Müştərək Sığorta Şirkəti" ASC-lər istisna olmaqla, ölkədə fəaliyyət göstərən 18 sığorta şirkətindən 5-nin bu il yanvarın 1-nə qısamüddətli öhdəlikləri illik müqayisədə az olub.
Fins.az xəbər verir ki, bunlar “Günay Sığorta”, “Xalq Sığorta”, “Atasığorta”, “Bakı Sığorta” və “Xalq Həyat Sığorta” ASC-lərdir.
Ən çox azalma “Xalq Həyat Sığorta”da (100%), ən az azalma isə “Günay Sığorta”da (1,8%) qeydə alınıb.
Qalan 13 sığorta şirkətinin isə qısamüddətli öhdəlikləri artıb. Ən yüksək dinamika “Naxçıvan Sığorta”da (77,7 dəfə), ən aşağı dinamika isə “Atəşgah Sığorta”da (1%) qeydə alınıb.