SIĞORTA

15 Aprel

Bu sığorta şirkətlərinin balans kapitalı 30 milyon manatdan çoxdur

Azərbaycan Mərkəzi Bankından bu il lisenziya almış “Meqa Həyat Sığorta” ASC istisna olmaqla, ölkədə fəaliyyət göstərən 19 sığorta şirkətindən 4-nün bu il yanvarın 1-nə balans kapitalı 30 milyon manatdan çox olub.

Fins.az xəbər verir ki, Renkinq-ə görə bunlar “PAŞA Sığorta” (76,655 milyon manat), “PAŞA Həyat Sığorta” (68,454 milyon manat), “Xalq Sığorta” (49,189 milyon manat) və “Azsığorta” (33,16 milyon manat) ASC-lərdir.

Qalan 15 sığorta şirkətindən 11-nin balans kapitalı 10-29 milyon manat arasında, 4 şirkətin balans kapitalı isə 10 milyon manatdan azdır.